Müdafiə naziri tikintisi davam edən hərbi obyektlərdə olub - VİDEO

Cəbhəboyu zonada səfərdə olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada tikintisi davam etdirilən hərbi obyektlərdə olublar.
Müdafiə naziri inşaat işlərinin keyfiyyəti ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.