Müdafiə naziri S.Əbiyev hərbi attaşeləri qəbul edib


İyunun 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı sabiq hərbi attaşesi polkovnik Daniel Qrillonu və həmin ölkənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik Kristofer Monahanı qəbul edib.
Görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının prioritetləri ilə əlaqədar fikir mübadiləsi aparıb. Müdafiə naziri hər iki qonağa gələcək fəaliyyətlərində uğurlar arzulayıb.