Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib


Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər iyunun 2-dək davam edəcəkdir.