Müdafiə naziri Özbəkistanın birinci prezidentinin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Özbəkistana səfəri zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.