Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcəkdir.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.