Müdafiə naziri Küveyt səfiri ilə görüşüb

Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.