Müdafiə naziri Fransanın fövqəladə və səlahiyyətli səfirini qəbul edib


İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib.
Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.