Müdafiə naziri Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Sentyabrın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönieni qəbul edib.
Görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
Fransalı səfir ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim edib.