Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2015 13:00

Müdafiə naziri cəbhə bölgəsində inşaatı davam edən hərbi hissələrə baxış keçirib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkərək vəziyyətlə tanış olub.
Ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq görülən işlərin keyfiyyətini yoxlayan Müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.