Müdafiə naziri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

İyulun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.
Görüşdə beynəlxalq qurumla ölkəmiz arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.