Müdafiə naziri Belarusda bir sıra tədbirlərdə iştirak edib

General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ziyarət edərək abidələr önünə çiçəklər qoyublar.