Müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi attaşelərini qəbul edib

İyulun 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrini qəbul edib.
Müdafiə naziri görüşün əhəmiyyətini qeyd edərək, Silahlı Qüvvələrdə aparılan islahatlar, görülən işlər, o cümlədən xarici hərbi prioritetlərimiz barədə geniş məruzə ilə çıxış edib.
Sonra xidməti fəaliyyətlər nəzərdən keçirilib, qarşıda duran məqsəd və vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.