Millət vəkili Silahlı Qüvvələrin Hərbi Akademiyasında məruzə ilə çıxış edib

2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Plana uyğun olaraq Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Hərbi Akademiyada şəxsi heyətlə görüşüb. O, “Sosial siyasət və onun milli gücə təsiri” mövzusunda mühazirə ilə çıxış edərək aparılan diskusiyada iştirak edib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.