Məktəblilər Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər

Novruz bayramı ərəfəsində respublikanın müxtəlif məktəblərinin şagirdləri Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Hərbi hissələrdə əsgərlərimizin məişət şəraiti ilə tanış olan məktəblilərə şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə ətraflı məlumat verilib.
Bayram sevinclərini hərbi hissələrdə xidmət edən əsgər və zabitlərlə bölüşən məktəblilər onlara təbrik və xoş arzularını çatdırıb, Novruz sovqatlı xonçalarını təqdim ediblər.