Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı məktəblərinin şagirdləri üçün Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya təşkil olunub.
Burada şagirdlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, eyni zamanda şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib, onları maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb.