Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfər ediblər.
Səfər zamanı məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrindəki tədris prosesi, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da tanış olublar.
Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.