Londonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin London şəhərində keçirilən tədbiri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə naziri Fikri İşık ilə görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunub.