KQHO çərçivəsində hərbi birliklər qarşıya qoyulan vəzifələri icra edirlər - VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının planına əsasən qarşıya qoyulan vəzifələr birliklərdə mərhələlərlə icra edilir.
Birliklərin qərargahlarında əməliyyatın planlaşdırılması başa çatdırılır və komandirlər ayrı-ayrı istiqamətlərdə qoşunların döyüş fəaliyyətinin aparılmasına bilavasitə rəhbərlik edirlər.