Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub

Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm-lik minaatanlardan atəşə tutub.