İkitərəfli hərbi əlaqələrin həyata keçirilməsi planları imzalanıb

Mayın 28-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi Planı" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014/2015-ci təlim-təhsil ili üçün Kurslar Planı" imzalanmışdır.
Sənədləri Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Türkiyə tərəfdən isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler imzalamışlar.