İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar


Martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.
Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına verilmişlər.