Hərbi vətənpərvərlik işinin səmərəli təşkili məqsədilə müxtəlif bölgələrdə tədbirlər keçirilib


Müdafiə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təşviqat qrupları tərəfindən müxtəlif bölgələrdə yerləşən orta məktəblərdə yeniyetmələrin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlər və şagirdlərlə silsilə tədbirlər keçirilib.
Nümayəndələr ümumilikdə 29 şəhər və rayondan olan gənclərə hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin səmərəliliyinin artırılması, eləcə də bu işdə birgə fəaliyyətin əhəmiyyətindən danışıblar.
Görüşlərdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları diqqətə çatdırılıb, müəllim və şagirdlərin sualları cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.