Hərbi topoqrafiya üzrə ekspertlərin görüşü keçirilib

Azərbaycan Respublikası və Rusiya Federasiyası müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.
Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.