“Hərbi-tibbi estafet” müsabiqəsinin püşkatma mərasimi keçirilib - VİDEO

Azərbaycan Ordusunun hərbi həkimləri “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 4-dən 15-dək Özbəkistanda keçiriləcək “Hərbi-tibbi estafet” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.
Müsabiqənin püşkatmasının nəticələrinə əsasən hərbi həkimlərimiz 11-ci nömrədə yarışacaqlar.