“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz kubok və medalla təltif olunublar - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.
Hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb. Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.
“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası kubok və medalla təltif olunub.