Hərbi təlim


Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. İyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.