Hərbi Orkestrin konserti olub

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub. Konsert Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilib. Əvvəlcə Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Hərbi orkestr marşlar və hərbi mahnılar ifa edib. Naxçıvan şəhərinin sakinləri və qonaqlar tərəfindən izlənilən  ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.