Hərbi Məktəbin orkestr heyəti Bakıya qayıdıb

Zəfər Gününün ildönümü münasibətilə Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri Bakıya qayıdıb.
Səfər zamanı Hərbi orkestrin heyəti Ankara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər.
Polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestrinin Ümummilli Liderimizin adını daşıyan parkda, eləcə də bir çox məkanlarda konsert proqramları ilə çıxışları alqışlarla qarşılanıb.