Hərbi liseydə “Azərkitab”ın təşkilatçılığı ilə kursantlarla görüş keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Heydər Əliyev Muzeyində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilatçılığı ilə kursantlarla görüş keçirilib.
Əvvəlcə iştirakçılar xalqımızın Ümummilli Liderinin Azərbaycana rəhbərlik  etdiyi illərdə memarı olduğu hərbi liseydə hərbçilərlə keçirdiyi görüşləri əks etdirən fotoguşə ilə tanış olublar.
Sonra yazıçı-bəstəkar Aysel Kərimova gələcəyin zabitləri olacaq kursantların qarşısında hərbi- vətənpərvərlik mövzusunda çıxış edib.
Sonda  Azərbaycanın tanınmış şair və yazıçılarının, həmçinin gənc yazarlarının yeni çapdan çıxmış kitabları kursantlara hədiyyə edilib.