Hərbi hissədə növbəti seminar keçirilib

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.
“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb.
Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb.
Sonda “Heç vaxt gec deyil” sənədli filmi nümayiş etdirilib.