Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə səyyar təşviqat dəstəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissədə daha bir mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivlərinin çıxışları böyük maraqla izlənilib.