Hərbi hissədə görüş keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən N nömrəli hərbi hissədə Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi və Azərbaycan Dövlətçiliyinə Milli Dəstək İctimai birliyinin təşkilatçılığı ilə müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin hərbi qulluqçularla görüşü keçirilib.
Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Mərasim ulu öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası ilə başlayıb.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə dinamik inkişafından və həyata keçirilən islahatlardan danışıblar. Qonaqlara hərbi-vətənpərvərlik mövzusunda videçarxlar nümayiş etdirilib.
Tədbir əsgərlərlə birgə nahar və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.