Hərbi hissədə cinayət hadisəsi baş verib


Aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər ikisi isə yaralanıb.
Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb. Hazırda Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.