Hərbi həkimlərimiz “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər

Azərbaycan Ordusunun hərbi həkimləri “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 4-dən 15-dək Özbəkistanda keçiriləcək “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər.
Dünyanın 10 ölkəsindən olan hərbi həkimlərin iştirak etdiyi müsabiqədə yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların döyüş meydanından təxliyəsi, tibbi müayinəsi və müalicəsi üzrə tapşırıqlar, eləcə də digər epizodlar yerinə yetiriləcək.