Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Avqustun 31-də Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.
Mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Buraxılış mərasimində Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə kursantları təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.