Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub

Silahlı Qüvvələrin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.
Mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub və məzunlarla xatirə şəkli çəkdirilib.