HDQ gənc matroslarla maarifləndirici söhbətlər aparılıb

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, Hərbi Dəniz Qüvvələrində gənc matroslarla görüş keçirilib.
Görüşdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasına dair gənc matroslarla maarifləndirici söhbətlər aparılıb və onları maraqlandıran suallara cavab verilib.