Gürcüstanın Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək


Dekabrın 2-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Gürcüstanın Müdafiə nazirinin səfəri dekabrın 3-dək davam edəcək.