Gürcüstanın Müdafiə naziri Azərbaycana səfər edəcək

Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır.
Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 6-dək davam edəcək.