Əsgərimiz şəhid olub

İyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin 1994-cü il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış hərbi qulluqçusu kiçik çavuş Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.