Əlahiddə Ümumqoşun Orduda voleybol birinciliyinə start verilib

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib.
Olimpiya sistemi ilə keçirilən və 5 gün davam edəcək yarışlarda 18 komanda mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri birincilik Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir.