Əlahiddə Ümumqoşun Orduda avtomobil texnikalarının qış mövsümünə hazırlığı yoxlanılıb - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında istismarda olan avtomobil texnikalarının qış mövsümünə hazırlığı yoxlanılıb.
Ordu, birləşmə və hissələrə təhkim edilmiş müxtəlif markalı və təyinatlı minik avtomobillərinə, mikroavtobus və avtobuslara baxışın keçirilməsində əsas məqsəd avtomobil texnikalarının qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək olub.