Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüş keçirib

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri N hərbi hissəsində şəxsi heyətlə görüşərək "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu"  mövzusunda geniş söhbətlər aparıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.