“Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında mini futbol və voleybol turnirləri keçirilib

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında mini futbol və voleybol turnirləri keçirilib.
Əvvəlcə hakimlər komissiyasının üzvlərinin və komandaların kapitanlarının iştirakı ilə püşkatma olub. Sonra komandalar idman yarışlarında güclərini sınayıblar. Qalib komandalara hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.