“Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları paytaxtımızın görməli yerlərində olublar

“Dəniz kuboku - 2018” müsabiqəsində iştirak edən dövlətlərin nümayəndələri üçün mədəni proqram təşkil olunub.
Azərbaycana müxtəlif ölkələrdən gələn hərbi dənizçilər proqram çəçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Paytaxtımızın gözəlliyi, müasir tikililər və aparılan quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.