“Dəniz kuboku - 2017” müsabiqəsinin son mərhələsi keçiriləcək

Avqustun 9-da “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışların son mərhələsi çərçivəsində “Dəniz hazırlığı üzrə yarış”da öz güclərini sınayacaqlar.
Şərtlərə əsasən heyətlər gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra edəcəklər.