Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə tədbir keçirilib

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların  milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları müxtəlif mövzularda mühazirələr oxuyublar.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.