Birgə təlimdə iştirak edəcək Türkiyəli hərbçilər paytaxtımızın görməli yerlərində olublar - VİDEO

“Mustafa Kamal Atatürk – 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti üçün apelin 23-də mədəni proqram təşkil olunub.
Türkiyəli hərbçilər proqram çəçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Paytaxtımızın gözəlliyi, müasir tikililər və aparılan quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.