Bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim olunub

Dekabrın 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə "polkovnik" hərbi rütbəsi verilib.
Rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunanlar göstərilən etimada görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək növbəti rütbələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə məsuliyyət hisslərinin daha da artacağını xüsusi qeyd ediblər.