BHİŞ-in hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək


Sabah saat 19:00-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək. "Dalğa-Arena" stadionunda baş tutacaq açılş mərasiminə 16 dövlətin futbol komandası qatılacaq.
Çempionatın ilk oyunu – "A" qrupunda yer almış Azərbaycan və Mali komandaları arasında keçiriləcək.
Turnirin mahiyyəti, gedişi, oyunların vaxtı, keçirilmə yeri və digər məlumatları çempionatın rəsmi internet səhifəsindən ( www.cism-wft2013.az ) əldə etmək olar.